İQTİSADİYYAT

Sendviçlər Britaniya iqtisadiyyatının gələcəyindən xəbər verdi

Blooomberq agentliyi İngiltərədə nəhəng fastfood şəbəkələrindən biri olan “Pret sendviçi” şərəfinə adlandırılmış indeksləri araşdırıb. Araşdırmaçılar bu qənaətə gəliblər ki, pandemiya və bu səbəbdən tətbiq olunmuş məhdudiyyətlərə görə zəifləmiş Böyük Britaniya daxili iqtisadiyyatı nisbətən dirçəlib. London və West-End maliyyə rayonlarında, hava limanı, bir sıra regional şəhərlər, həmçinin Şotlandiyada noyabrın ortalarında “Pret sendviç”-lərinə tələbat 2020-ci ilin əvvəlindən, bütün dünyanda pandemiya problemi baş almazdan əvvəlki səviyyədən daha yuxarı olub.
İndeksin tədqiqatçıları həmçinin vurğulayıb ki, Birləşmiş Krallığın heç də bütün regionlarında bərabər artım müşahidə edilmir. Bu səbəbdən də ölkə iqtisadiyyatının gələcəyi haqda tam dəqiq bir rəy vermək mümkün deyil. Xüsusilə bəzi şəhərətrafı rayonlarda sendviçlərə tələbat şəhərin mərkəzi rayonlarının bəzilərindən daha çoxdur. Tədqiqatçılar bunu bəzi yüksək məvacibli mütəxəsislərin şəhərdən kənarlaşaraq ev şəraitində işləmək istəkləri ilə əlaqələndiriblər.
“Ümumən biz ölkədə pandemiyadan əvvəlki biznes səviyyəsinə qayıdırıq.” – deyə şəbəkənin rəhbəri Pret Pano bildirib. O, həmçinin, qeyd edib ki, bu onların gözlədiklərindən daha tez baş verir. O, bunu britaniyalıların öz iş yerlərinə qayıtmaları ilə izah edir.