İDMAN

Tiaqu “Barselonaya” qayıdır ?

“Liverpul”-un yarımmüdafiəçisi Tiaqu Alkantara onun “Barselona”-ya qayıtmaq ehtimalı haqqında olan şaiyələrə münasibət bildirib.
“Mən sadəcə futbol oynayan bir insanam, odur ki, həmişəki kimi məni heç bir şaiyə maraqlandırmır. Bütün diqqətim öz vəzifəmi yerinə yetirməyə cəmlənib, çünki icra etməli olduğum müqaviləm var. Mən sadəcə İngiltərə primyer-liqasındakı sərgüzəştlərimdən zövq alır və komandama mümkün bütün uğurları əldə etməyə çalışıram. Düşünürəm ki “Liverpul”-a keçidim tam düzgün qərar idi.” – deyə Liverpool Echo nəşri Alkantaranın sözlərindən sitat gətirir.
“Barselona”-nın yetirməsi olan Tiaqu Alkantara 2013-cü ildən sonra “Bavariya” klubunda, 2020-ci ilin sentyabr ayından isə “Liverpul”-da fəaliyyətini davam etdirir. 2021/2022 sezon üzrə 30 yaşlı futbolçu 8 oyunda iştirak edib və hesabında 1 məhsuldar ötürmə var.