İQTİSADİYYAT

Əhalinin nominal gəlirləri açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 47 milyard 259,8 milyon manat və ya hər nəfərə orta hesabla 4718,8 manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 42 milyard 394,6 milyon manatlıq vəsait qalıb.