DÜNYA

ABŞ Çinin texnologiya firmaları ilə ticarəti məhdudlaşdırır

ABŞ hökuməti milli təhlükəsizlik və xarici siyasətlə bağlı narahatlıqlarını əsas gətirərək “ticari məhdudlaşdırmalar siyahısı”-na daha onlarla Çin şirkətini əlavə edib.Vaşinqtondan verilən məlumata görə, bu tip bəzi firmalar Çin ordusunun kvant hesablama proqramının inkişafına kömək edir. Bu son addım ABŞ və Çin arasında Tayvanın statusu və digər məsələlərlə bağlı gərginliyin artdığı bir vaxta təsadüf edir. Bu ayın əvvəlində hər iki ölkə liderləri arasında keçirilən virtual sammitdə müzakirə olunan məsələlər arasında ticarət də var idi. ABŞ Ticarət Departamenti Çin və Pakistanda fəaliyyət göstərən 16 fiziki və hüquqi şəxsin də “Pakistanın nüvə fəaliyyətlərində və ya ballistik raket proqramında” iştirakına görə siyahıya əlavə edildiyini bildirib. Siyahıya Çin, Yaponiya, Pakistan və Sinqapurdan ümumilikdə 27 yeni qurum əlavə edilib. Qeyd edək ki, Çinin telekommunikasiya nəhəngi Huawei də 2019-cu ildə ABŞ-ın milli təhlükəsizliyini riskə atdığı iddiası ilə siyahıya əlavə edilmişdi.