SİYASƏT

Avstraliya Solomon Adalarına sülhməramlı qoşunlarını göndərir

Paytaxt Honiarada iğtişaşların ikinci günündə  Avstraliya öz sülhməramlı qoşunlarını Solomon adalarına göndərir. Baş nazir Scott Morrison deyib ki, polis və ordu personalı Sakit okean xalqının sabitlik və təhlükəsizliyini təmin edəcək. İğtişaşlar çərşənbə günü etirazçıların baş naziri devirmək üçün parlamentə hücumu ilə başlayıb. Cümə axşamı etirazçı kütlə karantinə qarşı çıxaraq hökumət binalarını, polis idarəsini və müəssisələri yandırıb. Morrison ölkənin 2017-ci ildə Avstraliya ilə imzaladığı təhlükəsizlik müqaviləsi çərçivəsində baş nazir Manasse Soqavaredən yardım tələbi aldığını söyləyib. Qeyd edək ki, Avstraliya və Solomon Adaları arasında 2017-ci ildə imzalanmış ikitərəfli təhlükəsizlik müqaviləsi Avstraliya polisinin, müdafiə qüvvələrinin, eləcə də, bununla əlaqəli mülki personalın fövqəladə hallar zamanı Solomon adalarına köməyə göndərilməsinə imkan yaradır.