MƏDƏNİYYƏT

Bütün zamanların ən gözəl mahnısı

 

Billboard jurnalı bütün zamanların ən gözəl mahnısı üzrə top reytinqini təqdim edib. Hit-paradda ilk yeri kanadalı ifaçı The Weeknd-in (Eybıl Tesfaye) “Blinding Lights” mahnısı alıb. Nəşr yazır ki, “Blinding Lights” “Billboard Hot 100”-ün 63 illik tarixi boyu buraya düşən 30 min adda mahnıdan ən parlağıdır. Hələ 2019-cu ilin noyabrında meydana çıxan bu mahnının ilk yeri tutması təəccüblü deyil, belə ki ifa uzun zaman ilk beşlikdən düşməyib.
The Weeknd özü bu xəbərə çox sakit və təmkinli reaksiya verib. “Düşünmürəm ki, bu məni çox heyrətləndirdi. Mən çalışıram ki bunun üzərində çox dayanmayım.Bunu növbəti xeyirdua kimi qiymətləndirirəm və buna görə minnətdaram.”- deyə o bildirib.
“Blinding Lights” uzun zamanlar liderliyini qoruyan və dəfələrlə ilk yerə layiq görülmüş Çabi Çekarın “Twist” mahnısını liderlikdən sıxışdırıb. Hələ 1960-ci ildə işıq üzü görən bu mahnı 1960, 1962, 2008-ci illərdə və daha beş, on il sonra reytinqlərdə liderliyi əlində saxlayıb. Üçüncü yeri rok-qrupu Santana və Rob Tomas tərəfindən ifa olunan “Smooth” mahnısıdır. Öz ənənəsinə sadiq qalaraq Billboard bütün zamanların və xalqların top 100 sənətçisinin siyahısını da təqdim edib. Burada Beatles qrupu yüz faizlik lider olub.

Bütün zamanların top 10 mahnısı
1. Blinding Lights, The Weeknd
2. The Twist, Chubby Checker
3. Smooth, Santana feat. Rob Thomas
4. Mack the Knife, Bobby Darin
5. Uptown Funk!, Mark Ronson feat. Bruno Mars
6. How Do I Live, LeAnn Rimes
7. Party Rock Anthem, LMFAO feat. Lauren Bennett & GoonRock
8. I Gotta Feeling, The Black Eyed Peas
9. Macarena (Bayside Boys Mix), Los Del Rio
10. Shape of You, Ed Sheeran

Bütün zamanların top 10 sənətçisi
1.The Beatles
2. Madonna
3. Elton John
4. Elvis Presley
5. Mariah Carey
6. Stevie Wonder
7. Janet Jackson
8. Michael Jackson
9. Whitney Houston
10. Rihanna