DÜNYA

Co Bayden əməliyyat olunub

ABŞ Prezidenti Co Bayden əməliyyat olunub. Bu barədə məlumatı jurnalistlərə Ağ Evin həkimi Kevin Okonnor açıqlayıb. Əməliyyat zamanı Baydenin bağırsağından 3 millimetrlik xoşxassəli törəmə çıxarılıb. Bildirilir ki, ümumilikdə, Baydenin vəziyyəti təhlükəli olmayıb. Prosedur zamanı Bayden narkoz qəbul edib və əməliyyat zamanı o, səlahiyyətlərini vitse-prezident Kamala Harrisə verib.

T.Rüstəmov