DÜNYA

Növbəti ABŞ hərbi gəmisi Qara dənizdə

Amerikanın hərbi dəniz qüvvələrinə məxsus Arleigh Burke (DDG-51) roket hücumundan müdafiə gəmisi NATO qoşunları ilə birgə əməliyyatlar üçün Qara dənizə doğru istiqamətlənib. Bu barədə Amerikanın altıncı donanmasının komandanlığı öz Twitter hesabında məlumat verib. Noyabrın 15-də məlum oldu ki, altıncı donanmaya aid Mount Whitney gəmisi müttəfiqlərlə birgə təlimini başa vurub və Qara dənizi tərk edib.
Pentaqondan bildirirlər ki, belə hərbi dəniz təlimləri hər hansı hərbi təhlükəyə qarşı NATO müttəfiq qüvvələrinin qarşılıqlı inteqrasiya olunmuş halda hərəkətə keçməsini təmin edəcək. Noyabr ayının 12-də Qara dənizin beynəlxalq sularında ABŞ, Türkiyə, Rumıniya və Ukraynanın yeddi gəmisinin iştirakı ilə hərbi təlimlər keçirilmişdir. Bu təlimlər zamanı Rusiya hərbi dəniz qüvvələrinə məxsus “Pavel Derjavin” patrul gəmisi, “Moskva” roketdaşıyıcısı və “Admiral Essen” freqatı NATO və müttəfiqlərinin izləyiblər. Rusiyanın Qara dəniz donanması bəyan edib ki, hətta sovetlər dövründə belə Qara dənizə bu qədər ABŞ gəmisi daxil olmayıb.