MARAQLI

Qəribə faktlar: Heyvanlar aləmi

•İncildə adı keçməyən yeganə ev heyvanı pişikdir.
•12-ci mərtəbədən düşən pişiyin sağ qalmaq şansı 7-ci mərtəbədən düşəndən daha çoxdur.
• Avropalılar ilk dəfə zürafə görəndə onu “camelopard” adlandırmışlar. Onlar elə hesab edirdilər ki, bu heyvan dəvə ilə leopardın hibrididir.
•Bədəni ilə müqayisədə ən böyük beyinə malik heyvan qarışqadır.
• Yer kürəsinin canlılar aləminin 70%-ni bakteriyalar təşkil edir.
• Fil, dörd dizi olan yeganə heyvandır.
•İnsan və fil başı üstə dayana bilən tək canlılardır.
• Tokio zooparkı hər il heyvanların ziyarətçilərin əlindən dincəlməsi üçün iki ay bağlanır.
• Hər il arı sancmasından ölənlərin sayı ilan sancmasından ölənlərin sayından daha çoxdur.