İDMAN

Rusiya yığmasının keçmiş xizəkçisi öz xəstəliyindən danışdı

2014-cü il Soçi Olimpiadansında Rusiya yığmasının tərkibində bürünc medal qalibi və hazırda İsveçrəni təmsil edən İlya Çernousov son zamanlar onu narahat edən xəstəliyindən öz instaqram səhifəsində bəhs edib. O, bunun Covid əleyhinə güncləndirici peyvəndə qarşı bədəninin reaksiyası ilə bağlı olduğunu düşünür. Çernousov ona bu zaman ərzində dəstək olanlara təşəkkürünü bildirib və onlara can sağlığı arzu edib.
İlya həm 2014 Olimpiadasının həm də skiatlon üzrə dünya çempionatının bürünc medal qalibidir. İdmançı xizəklə hələ doqquz yaşında ikən məşğul olmağa başlayıb. O Rusiya yığmasına 2004-cü ildən daxil olsa da, öz debütünü 2006-cı ildə edib. 2010-cu ildə o komanda ilə olimpiya oyunlarına yollansa da ehtiyatda qalır. 2020-ci ildə Çernousov İsveçrə vətəndaşlığını qəbul edir və elə həmin il bu ölkənin bayrağı altında yarışa qatılır. Onun həyat yoldaşı isə isveçrəli biotlonçu Selina Qasparindir