SƏHİYYƏ

Siqareti atmaq üçün səbəblər

Hər il tütün 8 milyondan çox insanın həyatına son qoyur. Siqaret çəkənlərin COVİD-19 xəstəliyini çəkməyənlərlə müqayisədə daha ağır keçirdikləri ortaya çıxdıqdan sonra milyonlarla insan bu pis vərdişi tərgitmək qərarına gəlib. Düzdür, pandemiyanın da yaratdığı əlavə gərginlik və stress şəraitində bu vərdişdən azad olmaq insanlar üçün o qədər də asan iş deyil, amma siqareti tərgitmək üçün bir çox səbəblər var.
Siqareti tərgitmənin üstünlükləri özünü gecikmədən göstərir. İlk 20 dəqiqədən sonra ürək döyüntüləri stabilləşir, 12 saat ərzində orqanizmdəki karbon monoksidin miqdarı normallaşır, 2-12 həftə ərzində isə qan dövranı və ağ ciyərlərin fəaliyyəti bərpa olunur. 1-9 ay içərisində öskürək və tənginəfəslik keçir. 5-15 il ərzində infarkt, həmçinin ağciyər xərçəngi və qan damar xəstəlikləri riski siqaret çəkməyən insanlarla eyni səviyyəyə qədər azalır.