KRİMİNAL

Sumqayıt şəhərində keçmiş məhkumdan heroin aşkarlanaraq götürülüb

Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Səfərbəyov şəhər polis idarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarış zamanı ondan əlli qramdan çox heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.