DÜNYA

Türkiyənin Milli Təhlükəsizlik Şurasında müzakirə

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. “TRT Haber” xəbər verib ki, toplantıda ölkə daxilində və xaricdə terrorçuluqla mübarizə sahəsində atılan addımlar və bu sahədəki mövcud vəziyyət müzakirə olunacaq. İclasın gündəliyində Qarabağ, Aralıq dənizi, Əfqanıstan və Suriyadakı son vəziyyət, Türkiyə kəşfiyyatının terror təşkilatlarının fəaliyyəti ilə bağlı topladığı məxfi məlumatların müzakirə edilməsi, Suriyanın şimalındakı terror təşkilatlarının fəaliyyəti yer alır.

T.Rüstəmov