CƏMİYYƏT

Vətən müharibəsi qazilərinin zəfər avtoyürüşü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avtomobillərlə təmin edilən Vətən müharibəsi qazilərinin iştirakı ilə Bakıda zəfər avtoyürüşü təşkil edib. Yürüşə Fəxri xiyabanın qarşısından başlanıb. Vətən müharibəsi qazilərindən ibarət heyət Azərbaycan və Türkiyə bayraqları asılan avtomobillərlə yürüşə başlayıb. Yürüş iştirakçıları əvvəlcə I Fəxri xiyabandan II Fəxri xiyabana yollanaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olanların məzarını ziyarət ediblər. Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısına qədər davam edib. Avtoyürüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da iştirak ediblər.

                                                                                       T.Rüstəmov