İQTİSADİYYAT

Əmanətlərin 56,4 faizi milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği sentyabr ayı ərzində 279 milyon manat artaraq 8838,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 56,4 faizi milli, 43,6 faizi isə xarici valyutada qoyulub.