GÜNDƏM

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb. Dövlətimizin başçısı rusiyalı həmkarına Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərlə bağlı başsağlığı verib. Qeyd edək ki, Rusiya mədənində baş verən qəzada 52 nəfər ölüb.

T.Rüstəmov