İDMAN

Messi Maradonanın ölümü haqqında fikir bildirib

Argentina yığmasının və “PSJ”-nin hücumçusu Lionel Messi Dieqo Maradonanın ölümünün il dönümündə onun haqqında danışıb. “Çox qəribə hissdir, sanki hər şey hələ dünən baş verib. Heyrətamizdir, bir il necə sürətlə keçdi, Argentina illər sonra Amerika çempionu oldu, lakin o artıq bizimlə deyil. Düşünürsən ki elə indi, bu dəqiqə onu efirdə hansısa məsələ ilə bağlı müsahibə verərkən görəcəksən. Mən onunla birgə yaşadığım bütün xatirələri hər zaman yaddaşımda saxlayacağam.”- deyə Marca futbolçunun sözlərini sitat gətirir.
Maradona 25 noyabr 2020-ci ildə dünyasını dəyişib. Ona beynin subdural hematoması diaqnozu qoyulmuşdu. Növbəti gün o əməliyyat olunur və noyabrın 12-i evə buraxılır. Fultbolçu kimi Maradona “Argentinos Juniors ”, “Boca Juniors”, “Barselona”, “Napoli”, “Seviliya”, və “Newells Old Boys” komandalarında çıxış edib. Argentina yığmasının tərkibində o 91 oyunda iştirak edib və 34 qol vurub. 1986-cı il dünya çempionatında turnirin ən yaxşı oyunçusu seçilib.