DÜNYA

Rusiyada faciəli mədən qəzası

Xəbər verildiyi kimi, Rusiyanın Kemerovo vilayətinin “Listvyajnaya” mədənində qəza baş verib. Rusiya mətbuatı xəbər verib ki, hadisə nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb. Qəzadan sonra onlarla şaxtaçının taleyi naməlum olaraq qalır. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə, 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilib ki, hadisə nəticəsində 11 nəfər həlak olub. Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.
 
T.Rüstəmov