İDMAN

UEFA Avropa Liqasının qrup mərhələsinin V turuna yekun vurulub

UEFA Avropa Liqasının qrup mərhələsinin V turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” Fransanın “Marsel” klubunu qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 4:2.

Hesabı 12-ci dəqiqədə “sarı-qırmızılar”ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. Qarşılaşmanın 30-cu dəqiqəsində Due Çaleta-Tsar topu öz qapısına vurub. Oyunun 64-cü dəqiqəsində Sofyan Fequli fərqi 3 topa çatdırıb.

Görüşün 68-ci dəqiqəsində “Marsel” penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel “Qalatasaray”ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə yenidən Milik qoyub.

E qrupunun digər matçında İtaliyanın “Latsio” klubu səfərdə Rusiyanın “Lokomotiv” komandasından üstün olub – 3:0.

C qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu İngiltərədə “Lester Siti”nin qonağı olub. Görüş meydan sahiblərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 26-cı dəqiqəsində Mahir Əmrəli penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qrupun ötən gün baş tutmuş digər matçında İtaliyanın “Napoli” komandası Rusiyada “Spartak” klubuna uduzub – 2:1.

“Fənərbağça” Yunanıstanda “Olimpiakos” ilə üz-üzə gəlib. Həmin görüş yunanların minimal hesabla qələbəsi ilə yekunlaşıb – 1:0. Görüşün başa çatmasına bir dəqiqə qalmış “Olimpiakos”un futbolçusu Tikinio Soares komandasının qələbə topun vurub.

Beləliklə, İstanbul təmsilçisi növbəti mərhələyə çıxmaq şansını itirib.

D qrupun digər görüşündə Almaniyanın “Ayntraxt” klubu Belçikanın “Antverpen” komandasını sınağa çəkib. Növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl rəsmiləşdirən Frankfurt təmsilçisi bu oyunda heç-heçə edib – 2:2.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

“Bröndbü” (Danimarka) – “Lion” (Fransa) – 1:3;

“Qlazqo Reyncers” (Şotlandiya) – “Sparta Praqa (Çexiya) – 2:0.

Qrupdakı vəziyyət: “Lion” – 15, Qlazqo Reyncers” – 7, “Sparta Praqa”- 4, “Bröndbü” – 2.

B qrupu

PSV (Eyndhoven, Niderland) – “Şturm” (Qrats, Avstriya) – 2:0;

“Monako” (Fransa) – “Real Sosyedad” (İspaniya) – 2:1.

Qrupdakı vəziyyət: “Monako” – 11, PSV – 8,

“Real Sosyedad” – 6, “Şturm” – 1.

C qrupu

“Lester Siti” (İngiltərə) – “Legiya” (Polşa) – 3:1

Qrupdakı vəziyyət: “Lester Siti” – 8, “Spartak” – 7, “Napoli” – 7, “Legiya” – 6.

D qrupu

“Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) – 1:0;

“Ayntraxt Frankfurt (Almaniya) – “Antverpen” (Belçika) – 1:2.

Qrupdakı vəziyyət: “Ayntraxt Frankfurt” – 10, “Olimpiakos” – 9, “Fənərbağça” – 5, “Antverpen” – 4.

E qrupu

“Lokomotiv” (Moskva, Rusiya) – “Latsio” (İtaliya) – 0:3;

“Qalatasaray” (Türkiyə) – “Marsel” (Fransa) – 4:2.

Qrupdakı vəziyyət: “Qalatasaray” – 11, “Latsio” – 8, “Marsel” – 4, “Lokomotiv” – 2.

F qrupu

“Srvena Zvezda” (Belqrad, Serbiya) – “Lüdoqorets” (Razqrad, Bolqarıstan) – 1:0;

“Midtüllan” (Danimarka) – “Braqa” (Portuqaliya) – 3:2.

Qrupdakı vəziyyət: “Srvena Zvezda” – 10, “Braqa” – 9, “Midtüllan” – 8, “Lüdoqorets” – 1.

G qrupu

“Betis” (İspaniya) – “Ferentsvaroş” (Macarıstan) – 2:0

“Bayer” (Leverkuzen, Almaniya) – “Seltik” (Şotlandiya) – 3:2

Qrupdakı vəziyyət: “Bayer” – 13, “Betis” – 10, “Seltik” – 6, “Ferentsvaroş” – 0

H qrupu

“Rapid” (Vyana, Avstriya – “Vest Hem” (İngiltərə) – 0:2

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika) – 1:1

Qrupdakı vəziyyət: “Vest Hem” – 13, “Dinamo” – 7, “Genk” – 5, “Rapid” – 3.

Qeyd edək ki, ötən tur Fransanın “Lion” və İngiltərənin “Vest Hem Yunayted” klubları vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.