RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 6 iyul tarixli 173 nömrəli, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 30 iyul tarixli 222 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında” 2015-ci il 21 dekabr tarixli 712 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1459, № 11, maddə 2254; 2020, № 12 (I kitab), maddə 1475; 2021, № 4, maddə 321) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin 3.2.6-cı yarımbəndi və 5.6-cı bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490; 2020, № 7, maddə 896; 2021, № 7, maddə 729, № 8, maddə 926) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi güc həddindən yuxarı elektrik qurğularının istismarına buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;

2.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.5. Bu Qaydanın 2.4.1-ci və 2.4.2-ci yarımbəndlərində nəzərdə tutulmuş uyğunluq halları müəyyən edildiyi təqdirdə, Agentlik istismara buraxılış aktının verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə sifarişçiyə şifahi və ya yazılı formada məlumat verir. Sifarişçi bu barədə məlumat aldığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi Agentliyə təqdim edir. Sifarişçi dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi təqdim etdikdən sonra istismara buraxılış aktı 2 (iki) iş günündən gec olmayaraq, Agentliyin rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilərək sifarişçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1508; 2019, № 3, maddə 419, № 6, maddə 1049; 2021, № 3, maddə 226) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3.2.6-cı yarımbənd ləğv edilsin;

3.2. 5.6-cı bəndin ikinci cümləsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2617; 2019, № 10, maddə 1581; 2020, № 2, maddə 87) ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6.4-cü bənddə “verir və ya icazə verməkdən imtina” sözləri “verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul” sözləri ilə əvəz edilsin;

4.2. 6.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.5. Tikinti obyektinin istismarına icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 437, № 10, maddə 1581) ilə təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi”nin 5.6-cı bəndi ləğv edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6, maddə 590) ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nin 3.2.10-cu yarımbəndi və 5.7-ci bəndi ləğv edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”nin 3.2.6-cı yarımbəndi və 5.7-ci bəndi ləğv edilsin.

8. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 712 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1466; 2019, № 6, maddə 1044) ləğv edilsin.

9. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2021-ci il