DÜNYA

Hindistanda Ronaldonun heykəli ucaldılıb

Hindistanın Qoa əyalətində portuqaliyalı futbolçu Kriştiano Ronaldonun heykəli ucaldılıb. Heykəlin ümumi çəkisi 410 kq təşkil edir. Kalanqut şəhərində yerləşən heykəlin ərsəyə gəlməsinə 15 min avro pul xərclənib. “Kriştiano Ronaldonun heykəlini ucaltmağımızın səbəbi futbola olan sevgimizdir. O bizim gənc nəsli idmanla məşğul olmağa ruhlandırmalıdır.” – deyə “Sport Ekspress”  Qoa ştatının naziri Maykl Lobonun sözlərindən sitat gətirib, lakin Ronaldonun heykəlini heç də bütün sakinlər eyni sevinclə qarşılamayıb. Bəzi sakinlər belə hesab edirlər ki, burada portuqaliyalı yox hindistanlı idmançının heykəlinin qoyulması daha məntiqli və daha məqsədəuyğun olardı.