SİYASƏT

NATO-da Ukrayna iclası

Böyük Britaniyanın Xarici İşlər naziri Liz Truss Rusiyanın Ukrayna sərhədinə hərbi birləşmələr yerləşdirməsi ilə başlanan münaqişəni  NATO və Avropa İttifaqının Xarici əlaqələri müzakirə edib. NATO-nun baş katibi Yens Stoltenberqlə telefonda Ukrayna böhranı ilə bağlı danışan Böyük Britaniyanın Xarici İşlər naziri Liz Tras görüşdən sonra belə deyib: “Hücum Rusiya üçün ciddi xərclərə səbəb olacaq. NATO Ukraynanı dəstəkləməkdə qərarlıdır. İstənilən dialoq Ukraynanın suverenlik tələblərinə tam hörmət etməlidir.” – ifadələrini işlədib. NATO-nun baş katibi Stoltenberq görüşdən sonra verdiyi açıqlamada NATO-nun dialoqa açıq olduğunu vurğulayaraq, NATO-Rusiya şurasını yanvarda keçiriləcək iclasa çağırdığını diqqətə çatdırıb.

Avropa Birliyinin xarici siyasətini idarə edən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi və komissiyanın vitse-prezidenti Cozep Borel ilə görüşən Xarici İşlər naziri Tras, “Rusiyanın istənilən hücumunun böyük nəticələri olacaq. Bunun üçün ciddi xərclər tələb olunur. Biz Ukraynaya koordinasiyalı dəstək veririk.” ifadələrini işlədib. Ali Nümayəndə Borel, “Əsas prioritet eskalasiyanın daha da artmasının qarşısını almaqdır. Avropa təhlükəsizliyi ilə bağlı istənilən müzakirə Aİ-nin iştirakı və Aİ ilə koordinasiya əsasında aparılmalıdır.” – dedi.

 

İQTİDAR.AZ