RƏSMİ SƏNƏDLƏR

“Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (I kitab), maddə 155; 2008, № 6, maddə 462; 2014, № 8, maddə 955; 2016, № 11, maddə 1778; 2017, № 7, maddə 1265; 2018, № 11, maddələr 2197, 2224; 2020, № 11, maddə 1333) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1-ci maddədən “yerli əhəmiyyətli tikinti materialları,” sözləri çıxarılsın;

1.2. 8-ci maddə üzrə:

1.2.1. 8.0.2-ci maddədə “fiziki şəxslərdən” sözləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;

1.2.2. 8.0.3-cü maddə ləğv edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2021-ci il