İDMAN

“Napoli” Aksel Tuanzeblə maraqlanır

“Napoli” “Mançester Yunayted”-in müdafiəçisi Aksel Tuanzeblə maraqlanır. Bu barədə jurnalist Fabritsio Romano bildirib.
Mənbənin verdiyi məlumata görə, italyan klubu 24 yaşlı ingilis oyunçunu komandaya qəbul etmək istəyir. Məlumata görə, tərəflər artıq danışıqlar aparırlar. Yekun razılaşma “Mançester Yunayted”-in oyunçunun transferi üçün nə qədər pul təklif edəcəyinə bağlıdır.
Aksel 2021-ci ildən kirayə razılaşması əsasında “Aston Villa”-da 11 oyunda iştirak edib və xüsusi bir nəticə ilə fərqlənməyib. Transfermarkt oyunçunu 8 milyon avro dəyərində qiymətləndirib.