İQTİSADİYYAT

Ötən ay avtomobil nəqliyyatı ilə ölkədən 181,8 min ton yük göndərilib

Noyabrda Azərbaycandan avtomobil nəqliyyatı ilə 181 min 858 ton yük ixrac olunub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 276 min 708 ton olub.