GÜNDƏM

Putindən prezident Ərdoğana yeni il təbriki

Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək onu Yeni il münasibətilə təbrik edib. Məlumata görə, Putinin Ərdoğana göndərdiyi təbrikdə koronavirus pandemiyası zamanı bütün çətinliklərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərinin inkişafı istiqamətində, xüsusilə iqtisadi əməkdaşlıq, enerji və hərbi-texniki sahədə müsbət addımların atıldığı bildirilib. Putin yeni il təbrikində beynəlxalq təşkilatların, o cümlədən, Dünya Bankı, Beynəlxalq Olimpiya Komitəsi və BMT rəhbərlərini, eləcə də, dünya liderlərini yeni il münasibətilə təbrik edib.

 İQTİDAR.AZ