İDMAN

Uqo Loris karyerasını “Nisse”-də davam etdirə bilər

“Tottenhem”-in qapıçısı Uqo Loris karyerasını “Nisse”-də davam etdirə bilər. Bu barədə “Foot Mercato” xəbər verir. Mənbənin məlumatına görə fransalı klub 35 yaşlı futbolçunu yayda azad agent kimi transfer etmək istəyir. Futbolçu özü də “Nisse”-nin yetirməsi olduğu üçün bu komandaya qayıtmağa hazırdır. 2021/22 mövsümündə Loris “Tottenhem”-də 19 oyunda iştirak edib və 23 qol buraxıb. Oyunçunun hazırki müqaviləsinin müddəti 2022-ci ilin iyun ayına kimidir.