DÜNYA

ABŞ-da meşə yanğınları

ABŞ-ın Kolorado ştatında cümə axşamı başlayan meşə yanğınları davam edir. Yanğın səbəbindən on minlərlə insan təxliyə edilib. 370 ev tamamilə dağılıb, 600 evə ziyan dəyib. Rəsmilər yanğını dayandırmağın qeyri-mümkün olduğunu bildiriblər. Bölgədən gələn görüntülər fəlakətin miqyasını üzə çıxarıb.Yanğın dünən səhər saatlarında ştatın Boulder County bölgəsində başlayıb. Saatda 169 kilometr sürətlə irəliləyən yanğın qısa zamanda yaşayış məntəqələrinə çatıb.

Yanğın nəticəsində 600 evə ziyan dəyib. Otel və ticarət mərkəzləri də yararsız hala düşüb, 1-i yanğınsöndürən olmaqla 6 nəfər xəsarət alıb. Hazırda itkin düşənlər və ya ölənlərlə bağlı heç bir məlumat yoxdur. Səlahiyyətlilər yanğınla əlaqədar Koloradoda fövqəladə vəziyyət elan edib. Sözügedən ərazidəki 370 evin hamısını alov bürüyüb. Səlahiyyətlilər, bir çox fərqli nöqtələrə yayılan yanğınların bəzilərinə küləyin təsiri ilə aşan elektrik dirəklərinin səbəb olduğunu bildirib. Digər tərəfdən, bütün ştatda qış yağıntılarının mövsüm normalarından az olduğu məlumdur. Səlahiyyətlilər yanğınların bəzilərinin aşmış elektrik naqilləri ilə kəsildiyini bildirib. Bu səbəbdən bir çox yerlərdə elektrik enerjisi kəsilib.