İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Azərbaycan neftinin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,89 dollar artaraq 82,13 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.