İQTİSADİYYAT

On bir ayda dəmir yolu ilə 2,4 milyon sərnişin daşınıb

Yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyon 445,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 23 faiz artım olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 353 vaqon yüklənib, 343 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.