DÜNYA

Gürcüstanda “omikron” ştammına yoluxanların sayı 144-ə çatıb

Gürcüstanda koronavirusun “omikron” ştammına yoluxanların sayı kəskin artıb. Yanvarın 2-nə olan məlumata əsasən, ölkədə “omikron”a yoluxanların sayı 144-ə çatıb. Onların 51-i son sutkada yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd edək ki, Gürcüstanda koronavirusun mutasiyaya uğramış yeni – “omikron” ştammına ilk yoluxma halı dekabrın 20-də qeydə alınıb.