DÜNYA

Türkiyə və Rusiya prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı prezidentlər ikitərəfli əməkdaşlığın əsas nəticələrini yekunlaşdıraraq, gələcək qarşılıqlı faydalı tərəfdaşlığa sadiq qaldıqlarını təsdiqləyiblər. Beynəlxalq mövzulara, o cümlədən hüquqi cəhətdən rəsmiləşdirilmiş sazişlərin işlənib hazırlanmasına dair təkliflər, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanması məsələlərinə də toxunulub.

Şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb.