İDMAN

“Qarabağ” və “Neftçi” ümumdünya reytinq cədvəlində irəliləyib

Futbol klublarının ümumdünya reytinq cədvəli açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Top-500”də Azərbaycan iki klubla təmsil olunub.

Təmsilçilərimiz arasında ən yüksək pillədə “Qarabağ” qərarlaşıb. Qurban Qurbanovun yetirmələri planetin 175-ci komandasıdır. Ağdam klubunun aktivində 1560 xal var.

Azərbaycan Premyer Liqasının vitse-çempionu bir il ərzində böyük sıçrayışa nail olub. “Qarabağ” 44 pilləlik yüksəliş əldə edib.

Ölkə çempionu “Neftçi” də son bir ildə irəliləyib. Bakı təmsilçisi 365-ci sırada qərarlaşıb. Baş məşqçi Samir Abasovun yetirmələrinin aktivində 1471 xal var. Paytaxt klubu 23 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 2105 xala malik “Bavariya” başçılıq edir.