İDMAN

“Çelsi” futbol klubu müdafiəçi Tyaqo Silva ilə müqaviləni yeniləyib

İngiltərənin “Çelsi” futbol klubu müdafiəçi Tyaqo Silva ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Otuz yeddi yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, braziliyalı müdafiəçi 2022/2023-cü il mövsümünün sonunadək “Çelsi”nin şərəfini qoruyacaq.

2020-ci ilin yayında “Çelsi”yə keçən futbolçu London təmsilçisinin heyətində indiyədək 56 oyun keçirib.