SƏHİYYƏ

Fransanın cənubunda koronavirusun yeni ştamı aşkarlanıb

Fransanın cənubunda koronavirusun yeni ştamı aşkarlanıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, naməlum ştam Fransaya Kamerundan qayıdan səyahətçidə aşkarlanıb. Ekspertlər virusun bu variantının törədicisinin bu Afrika ölkəsində yayılmasını istisna etmirlər. Qəzet yazır ki, aparılan testlər yoluxanların hamısında “mutasiyaların atipik kombinasiyası”nı müəyyən edib.

Yeni variant “B.1.640.2” işarəsi alıb və Marsel həkimləri tərəfindən aşkarlanıb. Fransa alimlərinin tədqiqatında deyilir ki, yeni variantda 46 mutasiya müəyyən edilib. Bu ştamın təhlükə və yoluxma səviyyəsi hələ məlum deyil.