MARAQLI

Yaponiyada “Yetkinlər Günü” keçirilib

Yaponiyada gənclərin yetkinləşməsinin qeyd edildiyi “Yetkinlər Günü”-də hər il olduğu kimi minlərlə insan paytaxt küçələrinə axışıb. Kimonolarını geyinərək paytaxt Tokionun tarixi rayonu olan Asakusaya gedən gənclər rəngli görüntülər yaradıblar. Tokionun tarixi bölgəsi Asakusaya axın edən minlərlə gənc, ənənəvi yapon kimonolarını geyinərək, çəkdirdikləri fotoşəkillərlə 20 yaşlarını əbədiləşdiriblər. İllərdir bu günü gözləyən 20 yaşlı Sayaka Haneda “Yaponlar onlar üçün çox vacib olan bu gündə bu bölgəyə kimono geyinərək gəlirlər. Mən ənənəyə uyğun olaraq bu məşhur bölgədə şəkil çəkdirmək istədim” – deyib. Səhər tezdən durub geyinməsi çox çətin olan kimonosunu hazırladığını bildirən Mizuki Yoşino, “Kimonu geyinmək yarım saatdan çox vaxt apardı, amma məncə buna dəyər” – deyib. Yaponiyada gənclərin yetkinliyə çatmasını təmsil edən “Yetkinlər Günü” 1948-ci ildən etibarən dövlət bayramı kimi qeyd olunur. 2000-ci ildən bu yana minlərlə insan xüsusi geyim və saç düzümü ilə tarixi yerləri ziyarət edir və hər yanvarın 2-ci bazar ertəsi müntəzəm olaraq qeyd olunan bu gündə xatirələrini əbədiləşdirir.