MARAQLI

ABŞ-da donuzdan insana ilk ürək transplantasiyası

ABŞ-ın Merilend ştatında xəstəxanada ölüm ayağında olan 57 yaşlı ürək xəstəsinə son çarə olaraq donuz ürəyi köçürülüb. Bu əməliyyatın dünyada bir ilk olduğu qeyd edilib. İqtidar.Az bildirir ki, Merilend Universiteti tibb mərkəzində çalışan həkimlər xüsusi icazədən sonra cümə günü edilən əməliyyatın 7 saat çəkdiyini və Devid Benet adlı xəstənin səhhətinin yaxşı olduğunu açıqlayıb. Devid Benetin əməliyyatdan bir gün əvvəl “Ya öləcəkdim, ya da bu əməliyyatı etdirəcəkdim. Bu qaranlıqda hədəfə edilən atışa bənzəsə də, mənim son şansımdır.”- deyə fikir bildirib. Ölümcül ürək xəstəliyindən əziyyət çəkən və yaşamaq üçün az vaxtı qalan Benet əməliyyatdan əvvəl altı həftə xəstə yatağında xüsusi aparata bağlı idi. Benetin əməliyyatdan sonra hər hansı bir problem yaşayıb-yaşamayacağı hələlik məlum deyil. Rəsmilər ürəyi Benetə köçürülən donuzun geninin dəyişdirildiyini açıqlayıb. Beləliklə, donuzun ürəyinin rədd edilmədən insan orqanizmində fəaliyyət göstərməsi təmin edilib.

Geni dəyişdirilmiş heyvanların bu şəkildə istifadəsinin transplantasiyalarda orqan çatışmazlığını aradan qaldırmağa kömək edəcəyinə ümid edilir. Qeyd edək ki, ABŞ-da hər gün orqan transplantasiyası gözləyən 17 xəstə vəfat edir. “OrganDonor.gov”-un məlumatına görə, ölkədə 100 mindən çox insan orqan transplantasiyasını gözləyir. Xatırladaq ki, sentyabr ayında Nyu Yorkdakı tədqiqatçılar tərəfindən donuzların heyvandan insana nəqli üçün ümid yaradacağı iddia edilən bir təcrübə keçirmişdilər. Təcrübədə beyni ölümü yaşamış bir insanın bədəninə donuz böyrəyi yerləşdirilmiş və böyrəyin bədəndə işləməyə başladığı bildirilmişdi.

İQTİDAR.AZ