DÜNYA

Avropa Parlamentinin sədri vəfat edib

İmmun sistemindəki problemlərə görə bir müddətdir müalicə alan  Avropa Parlamentinin sədri David Sassoli dünən axşam saatlarında dünyasını dəyişib. İqtidar.Az xəbər verir ki, Sassolinin sözçüsü 65 yaşlı prezidentin dünən gecə saat 13.15 radələrində dünyasını dəyişdiyini bildirib. İtalyan sosialist və jurnalist Sassoli immun sistemində ciddi fəsad yarandığı üçün bazar ertəsi xəstəxanaya yerləşdirilib. Saassoli 2019-cu ildən parlamentə sədrlik edir. Parlament rəhbəri çıxışlarında tez-tez immiqrasiya və siyasi məsələlərlə bağlı Avropada islahatların aparılmasını tələb edirdi.

İQTİDAR.AZ