CƏMİYYƏT

DİN: Ötən gün 79 toy şənliyinin monitorinqi aparılıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 10-da Bakıda və respublikanın digər ərazisində 79 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinq 77 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 21 nəfər şənliklərə buraxılmayıb.