İDMAN

“Konyaspor”-un müdafiəçisi həyatını itirib

“Konyaspor”-un müdafiəçisi Ahmet Çelik 27 yaşında dünyasını dəyişib. Bu barədə klubun mətbuat xidməti xəbər verib. Türkiyə KİV-lərin verdiyi məlumata görə futbolçu yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. O, idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşıb. Futbolçu aldığı çoxsaylı xəsarətlərdən hadisə yerindəcə keçinib. 2021/22 mövsümündə Çelik 18 oyunda iştirak edib, lakin xüsusən fərqlənə bilməyib. Xatırladaq ki, klub futbolçu ilə müqaviləsini cəmi 6 həftə əvvəl yeniləmişdi. Çelik həmçinin Türkiyə millisinin tərkibində 8 oyunda iştirak edib və 1 qola imza atıb. O, sonuncu dəfə milliyə 2017-ci ildə çağrılmışdı.