SİYASƏT

Mövlud Çavuşoğlu: Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq VİDEO

Qazaxıstanda barış və sabitliyin qorunması bölgə və təşkilatımız (Türk Dövlətləri Təşkilatı) üçün olduğu kimi, qlobal sülhün qorunması üçün də xüsusi əhəmiyyət daşıyır. Qazax xalqı da mövcud problemlərin həlli istiqamətində birlik və bərabərlik nümayiş etdirmək iqtidarındadır. Türk Dövlətləri Təşkilatı olaraq ortaq mesajımız budur: “Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Qazaxıstana dəstəyimiz tamdır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstandakı vəziyyətlə bağlı keçirdiyi fövqəladə iclasda çıxışı zamanı ifadə edib.

Nazir deyib: “Biz Qazaxıstana güvənir və inanırıq. Türk dünyası olaraq Qazaxıstanın yanında olacağıq. Allahın izni ilə sabitlik və rifah yolunda birlikdə yürüyəcəyik”.