MƏDƏNİYYƏT

“Paramount Pictures” kino şirkəti “Dəyişilməyən kütbeyin” filminin son treylerini təqdim edib

“Paramount Pictures” kino şirkəti “Dəyişilməyən kütbeyin” filminin son treylerini təqdim edib. Komediyanın Rusiyada premyerası martın 10-da baş tutacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, filmin rejissoru əvvəllər franşizanın 3 hissəsini çəkən Ceff Treymeyndir. Filmdə Conni Noksvill, Ceyson Akunya, Stiv O, Kris Pontius, Eren MakQexi, Preston Leysi və başqaları rol alıb. Epizodlarda Machine Gun Kelly və Tyler, The Creator, yumorist Erik Andre, skeytbordçu Tony Houk, basketbolçu Şakil Onil görünəcək.

Qeyd edək ki, əvvəlcə filmin nümayişi 2021-ci ildə nəzərdə tutulurdu, lakin onun ABŞ-da premyerası 2022-ci il fevralın 3-nə, Rusiyada isə mart ayına keçirilib.