CƏMİYYƏT

Qumar oyunları ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər müzakirə olunub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ödəniş Sistemləri və rəqəmsal bankçılıq, hüquqi məsələlər, Komplayns üzrə Ekspert Qrup üzvlərinin birgə iştirakı ilə görüş keçirilib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qumar oyunları ilə bağlı ölkə qanunvericiliyində aparılan son dəyişikliklər, dəyişikliklərin banklara aid olan müddəaları, habelə onların tətbiqi məsələləri müzakirə olunub.