SİYASƏT

Zakir Həsənov və Hulusi Akar arasında telefon danışığı olub

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yanvarın 12-sində Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla  telefon danışığı olub. İqtidar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Telefon danışığı zamanı Akar yanvarın 11-ində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatları nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib. Nazir Akar Türkiyə Silahlı Qüvvələrinin həmişə olduğu kimi bu gün də Azərbaycanın haqq savaşında ona dəstək olduğunu bildirib.

İQTİDAR.AZ