İDMAN

Bayi “Milan”-a keçməyə razılaşdı

“Mançester Yunayted”-in müdafiəçisi Erika Bayi “Milan” klubuna keçməyə razılıq verib. Bu barədə jurnalist Janluka Di Marsio xəbər verir. Mənbənin verdiyi məlumata görə “Milan” klubunun İngilis klubu ilə 27 yaşlı oyunçu ilə bağlı danışıqları qaydasında gedir.
Cari mövsümdə Bayi “Mançester Yunayted” klubunun 7 oyununda iştirak edib, lakin xüsusiylə fərqlənə bilməyib. Oyunçunun klubla müqaviləsi 2024-cü il 30 iyun tarixinə qədər nəzərdə tutulub. Transfermarkt portalı oyunçunu 8 milyon avro məbləğində qiymətləndirib.