DÜNYA

Fransada Kovid-19-a ən yüksək yoluxma halı qeydə alınıb

Fransada son 24 saatda yeni növ koronavirus epidemiyasına (Kovid-19) 368 min 149 yeni yoluxma halı aşkarlanıb. İqtidar.Az xəbər verir ki, bu ölkədə indiyə qədər qeydə alınmış ən yüksək gündəlik yoluxma halıdır. Fransanın Xalq Sağlamlığı agentliyinin açıqladığı məlumatlara görə, ölkədə son 24 saatda 341 nəfər həyatını itirib, bununla da virusdan ölənlərin sayı 126 min 59-a yüksəlib. Virus aşkarlananların sayı isə 368 min 149 artaraq 12 milyon 573 min 263-ə çatıb. Xəstəxanalarda 23 371 nəfərin müalicəsi davam edir, onlardan 3 969 nəfəri reanimasiyadadır. Bu rəqəm son 7 gündə 26,41 faiz artıb. Qeyd edək ki, yanvarın 5-də Fransada koronavirusa 332 min 252 yoluxma qeydə alınmışdı.

 İQTİDAR.AZ