MƏDƏNİYYƏT

Jurnalistlərin Şuşa səfəri ərəb mediasında

Jurnalist Əli Zülfüqaroğlunun Şuşa ilə bağlı hazırladığı reportaj Misirin nile.com və Əlcəzairin alharir.info informasiya agentliklərində yayımlanıb.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə jurnalistlərin Şuşaya səfərindən bəhs edilir.

Səfər çərçivəsində hazırlanan yazıda Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılır. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər ərəb oxucuların diqqətinə çatdırılır. Bundan başqa işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Şuşada da məscidlərin erməni vandallığına, təhqirə məruz qalması və məscidlərin timsalında bütün İslam dünyasının ermənilər tərəfindən təhqir edilməsi önə çəkilir.

Yazıda Prezident İlham Əliyevin tapşırığı və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə məscidlərimizin, eyni zamanda, digər tarixi abidələrimizin əsaslı bərpası qeyd olunur.