DÜNYA

Argentinada 10 mərtəbəli yaşayış binasında yanğın baş verib

Argentinanın Santa Fe şəhərində 10 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində baş verən yanğından sonra alovların böyüməsi ilə böyük partlayış baş verib. İqtidar.Az xəbər verir ki, partlayış nəticəsində bir nəfərin yaralandığı və partlayışın baş verdiyi mənzilin birinci mərtəbəsində heç kimin olmadığı bildirilib. Rəsmilər yanğının səbəbi ilə bağlı dəqiq açıqlama verməsələr də, Argentinanın yerli mətbuatı partlayışın mənzilin eyvanındakı borudan baş verdiyini bildirib.

 İQTİDAR.AZ