DÜNYA

Kraliça II Elizabet şahzadə Endryuya titulundan məhrum edildiyini söyləyib

İqtidar.Az  “Fox News”-a istinadən xəbər verir ki, şahzadə Endryunun titullarından məhrum edilməsi xəbəri ona birbaşa kraliçanın özündən gəlib. Cümə axşamı Virciniya Roberts Cuffrinin 17 yaşında olarkən şəhzadə tərəfindən cinsi təcavüzə məruz qalması ilə bağlı araşdırmalar davam edərkən, onun hərbi və kral ailəsi ilə bağlı mənsubiyyətləri kraliça II Elizabetə qaytarılıb. Bundan əlavə, kraliça ona məhkəmə qarşısında fərdi vətəndaş kimi çıxış edəcəyini bildirib. Kraliyyət mənbəsinin verdiyi məlumata görə, Şahzadə Çarlz və Şahzadə Uilyam – gələcək monarxlar – sarayla məsələni müzakirə ediblər. Qeyd edək ki, şahzadə Endryudan başqa şəhzadə Herri, onun həyat yoldaşı Meqan Markl, anası şəhzadə Diana, Endryunun keçmiş həyat yoldaşı Sera Förqısn da şəhzadə titullarından istifadə etməyi dayandırmışdılar.

 İQTİDAR.AZ