SƏHİYYƏ

ÜST koronavırusun müalicəsi üçün iki yeni preparat tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlər qrupu COVID-19-a yoluxan pasientlərin müalicəsi üçün iki yeni preparat tövsiyə edib. AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın cümə günü dərc edilmiş press-relizində deyilir.

Revmatoid artritin müalicəsində də tətbiq edilən “Eli Lilly and Company” şirkətinin “olumiant” adlı Baritsitinib preparatı və “GlaxoSmithKline Xevudy” Böyük Britaniya əczaçılıq şirkətinin monoklonal anticisimlər əsasında hazırlanan Sotrovimab vasitəsi bütün dünyada xəstəliyin yeni hallarının artımı ilə əlaqədar olaraq COVID-19-un müalicəsi üçün ÜST ekspertləri tərəfindən dəstəklənib. Təşkilatda qeyd ediblər ki, sürətlə yayılan “omikron” ştamı koronavirusun müalicəsinin əksər təsiredici variantlarının effektivliyini azaldır və yeni həll yollarını tələb edir.

ÜST ekspertləri xəstəliyin ağır formasını keçirən pasiyentlərə Baritsitinib preparatının kortikosteroidlərlə birgə tətbiq edilməsini təkidlə tövsiyə edib. Xəstəliyin orta və ağır formasını keçirən 4 mindən çox pasiyentin iştirak etdiyi tədqiqatların yeni məlumatlarına əsaslanan nəticələr göstərir ki, preparat yan təsirləri artırmadan xəstəliyin ağır formasını keçirən pasiyentlərdə sağ qalmaq göstəricilərini yaxşılaşdıra və ağciyərin süni havalandırması üçün aparatın istifadə edilməsinə ehtiyacı azalda bilər. Baritsitinib artritin müalicəsində istifadə edilən dərmanlar kimi təsir edir, bu səbəbdən ÜST dəqiqləşdirib ki, preparatın analoqlarının eyni əlçatanlığı təqdirdə qiymətindən, əlçatanlığından və klinik təcrübədən irəli gələrək birini seçmək lazımdır.

ÜST ekspertləri, həmçinin şərti olaraq xəstəliyin yüngül formasını keçirən pasiyentlərə Sotrovimab preparatının tətbiqini tövsiyə edir. Bununla belə təşkilatda “omikron” da daxil olmaqla, xəstəliyin yeni ştamlarına qarşı orqanizmin təbii müdafiəsini imitasiya edən laboratoriya birləşmələri olan monoklonal anticisimlərlə müalicənin qeyri-müəyyən effektivliyini artıq qeyd ediblər.